Çinin XİN rəhbəri ABŞ-la əməkdaşlığın şərtlərini açıqladı

cinin-xin-rehberi-abs-la-emekdasligin-sertlerini-aciqladi
Oxunma sayı: 850

Çin xarici işlər naziri Van İ Münhendəki Təhlükəsizlik Konfransında çıxışı zamanı ABŞ-la əməkdaşlığın şərtlərini açıqlayıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

“Biz ABŞ-ın konfrontasiya siyasətindən əl çəkməsi, qarşılıqlı hörmət və fikir ayrılığının nizamlanması şərti ilə əməkdaşlığa hazırıq”,-deyə o, bildirib.

Xatırladaq ki, Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra ABŞ və Çin arasında münasibətlərdə gərginlik yaranmışdı.