Ceyms Uorlik daşnaklarla niyə görüşdü?

ceyms-uorlik-dasnaklarla-niye-gorusdu
Oxunma sayı: 1233

Millət vəkili Sahib Alıyev ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Amerikada daşnaklarla görüşməsinə münasibət bildirib.

Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan S.Alıyev bunun bildirib ki, məqsədi Moskvaya Rusiyanın öz erməniləri olduğu kimi Amerikanın da öz erməniləri olduğunu göstərməkdir: “Dağlıq Qarabağ problemi danışıqlar yoluyla çözülmək istənilirsə, bu reallıq nəzərə alınmalıdır. İndi aydındırmı, danışıqlar niyə heç bir nəticə vermir? Çünki ermənilər subyekt yox, obyekt rolunda çıxış edirlər. Vasitəçiləri beynəlxalq normalar, ədalət, obyektivlik qətiyyən maraqlandırmır. Onları düşündürən problem çözülərsə, özlərinin nə qazanıb-itirəcəkləridir. Böyük dövlətlərin erməniyə havadarlıqlarının arxasında da daha çox din yox, məhz bu faktor dayanır. Hər biri onlardan öz maraqlarını reallaşdırmaq üçün faydalanır və yaxud da buna çalışır”.

Günel Türksoy