“Cəbhə xəttindəki gərginlik...” - Səməd Seyidov

cebhe-xettindeki-gerginlik
Oxunma sayı: 7552

“Cəbhə xəttində indiki gərginlik Yerevan hakimiyyətinin diqqəti daxili problemlərdən yayındırmaq üçün törədilmiş növbəti təxribatıdır”.

“Qafqzinfo” xəbər verir ki, bunu virtualaz.org-a Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Onun fikrincə, hərbi əməliyyatların bərpası Yerevana sərfəlidir.

“Bu Ermənistan hökumətinin yoxlanmış metodudur – çətinə düşəndə bundan istifadə edirlər. Seçki ərəfəsində Sarkisyan hökuməti əhalinin artan narazılığı ilə üzləşir, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar dalana dirənib, Dağlıq Qarabağdakı “referendum” cəhdi baş tutmadı”, - Seyidov deyib.

Onun sözlərinə görə, erməni tərəfinin bu hərəkətləri dünya ictimaiyyəti üçün getdikcə daha aşkar olur.