Çavuşoğlu Nardaran hadisələrindən danışdı

cavusoglu-nardaran-hadiselerinden-danisdi
Oxunma sayı: 2622

“Dünən Azərbaycanda baş verən terror hadisəsində iki polisin ölümü ilə bağlı Azərbaycana başsağlığı veririk”.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanla Türkiyə arasında bu sahədə də işbirliyi var: “Biz Azərbaycana bu məsələdə də dəstək göstərəcəyik. Təəssüf ki, Türkiyənin belə bir təcrübəsi var. Ümid edirik ki, Türkiyə və Azərbaycanda bir də terror olmayacaq”.