Cavid Hüseynov azadlığa çıxdı - Məhkəmə qərar verdi

cavid-huseynov-azadliga-cixdi
Oxunma sayı: 17875

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı cinayəti bilib gizlətməkdə təqsirləndirilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə C.Hüseynovun vəkili Adəm Məmmədov vəsatət verərək müdafiə etdiyi şəxsin barəsində bəraət hökmü verilməsini istəyib.

Məhkəmə vəkil A.Məmmədovun vəsatətini qismən təmin edib və C.Hüseynovun cəzası 1 il 2 aya endirilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, C.Hüseynov Səbail rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Murad Əhməd

Fotolar: Nuran Məmmədov