“Bütün variantlardan istifadə ediləcək” – Bəyanat

butun-variantlardan-istifade-edilecek-beyanat
Oxunma sayı: 636

“Qafqazinfo”ya daxil olan bəyanatda deyilir: “QHT Əməkdaşlıq Alyansı Fransa parlamentində müzakirəyə çıxarılan və ən böyük antidemokratik qanunlardan birinə çevriləcək, digər insanların hüquqlarının pozulmasına səbəb olacaq “erməni soyqırımı”nın Fransanın siyasi mövqeyindən irəli gəldiyi qənaətindədir. Hesab edirik ki, bu siyasi məna daşıyır və qardaş Türkiyə ilə yanaşı Azərbaycanın da əleyhinədir. Fransa prezidenti Nikola Sarkozi bu addımla öz seçki kampaniyasına hazırlıq görür. Həmişə olduğu kimi bu dəfə də ermənilər alətə çevrilib. Türkiyə və Azərbaycanın əleyhinə çevrilən bu kampaniya durdurulmasa, Fransanın ATƏT-in Mins Qrupunun həmsədri kim fəalyyəti haqlı olaraq, sual altına düşəcək. Ermənilərə bütün hüquqları tanıdan bir dövlətin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində hər hansı müsbət mövqe sərgiləyəcəyi inandırıcı görünmür.
QHT Alyansı olaraq, bu qanunun Fransa parlamentində səsverməyə çıxarılmasını qətiyyətlə pisləyirik və hesab edirik ki, Fransanın hüquq-müdafiə təşkilatları bu məsələdə öz hökumətlərinə təzyiq etməli, Fransa vətəndaşlarının hüquqularının qorunmasında qətiyyətli addımlar atmalıdır.
Bir daha Fransa hökumətini antidemokratik qanunun qəbulundan imtina etməyə çağırırıq. Bəyan edirik ki, bu qanun təkcə Türkiyə ilə deyil, Azərbaycanla da Fransanın münasibətlərinə xələl gətirəcək və Azərbaycan QHT -ləri Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün bütün variantlardan istifadə edəcək.”