“Bunu sübut etsələr istefa verəcəm, bəs Putin...?”

bunu-subut-etseler-istefa-verecem-bes-putin
Oxunma sayı: 5546

Fransa 24 kanalına müsahibə verən Türkiyə prezidenti Ərdoğan Putini “Türkiyə terror təşkilatı İŞİD-dın neft alır” iddialarını isbat etməyə çağırıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan bu iddiaları sübut etdikləri an vəzifəsindən istefa verəcəyini açıqlayıb:

“İftira atırlar. Bizim neft və təbii qaz aldığımız ölkələr arasında başda Rusiya durur. Bunu özləri də bilir. İkinci İrandan, üçüncü Azərbaycandan, dördüncü Şimali İraqdan, beşinci Qatardan alırıq.

ABŞ-ın Xəzinə Nazirliyinin açıqlamasında göstərilir ki, Rusiyaya aid firmalar ilə DAEŞ ortaq neft satışı həyata keçirir. Kimə? Rejimə, Suriyaya. Bunları sübut edən sənədlər əlimizdədir.

Bizim əsla terror təşkilatı ilə alış-satışımız yoxdur. Sübut etdikləri an Tayyub Ərdoğan bu vəzifənin başında durmayacaq. Amma bu iftiranı atanlar görəsən, o yerlərini buraxa biləcəklərmi”.