Bu səlahiyyət Nazirlər Kabinetindən alındı

bu-selahiyyet-nazirler-kabinetinden-alindi
Oxunma sayı: 2922

Nazirlər Kabineti “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”də dəyişiklik edib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, dəyişiklik xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və digər sahələr üzrə magistr hazırlığı ilə bağlıdır.

İndiyə qədər xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilib və bu ixtisasların siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Dəyişikliyə əsasən bu prosedur ləğv edilib.