Bu gün silah sərgisi başlayır

bu-gun-silah-sergisi-baslayir
Oxunma sayı: 1286

Bu gün Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ("ADEX 2016") öz işinə başlayır.

Qafqazinfo” xəər verir ki, dörd gün davam edəcək sərgidə müxtəlif ölkələri təmsil edən iri müdafiə müəssisələrinin nümayəndələri, o cümlədən ixtiraçı və mütəxəssislər üçün unikal dialoq platforması olan “ADEX” sərgisi müdafiə sənayesi sahəsində ən yeni və unikal məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaradacaq.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Caspian Event Organisers” “CEO” şirkəti “ADEX” sərgisinin təşkilatçıları qismində çıxış edir. Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir.

Sərgidə 10 ölkədən 150-dən çox şirkət iştirak edəcək.