Böyük Quruluş prezident fərmanini müsbət addım sayır

boyuk-qurulus-prezident-fermanini-musbet-addim-sayir
Oxunma sayı: 667

Fazil Mustafanın lideri olduğu Böyük Quruluş Partiyası 14 mart “Qafqazinfo”nun məlumatına görə,2012-ci il tarixli Bəyanatında Sovet dövründən qalan əmanətlərin qaytarılmasını nəzərdə tutan prezident Fərmanını yüksək qiymətləndirərək bu problemin həlli istiqamətində konkret addım atılmasının çox sayda Azərbaycan vətəndaşını sevindirəcəyini bildirib. İllərdir cəmiyyətdə ən çox müzakirə olunan, Milli Məclisdə deputatlar tərəfindən dəfələrlə qaldırılan bir məsələnin nəhayət ki, həll olunmasının vətəndaşların rifahına az da olsa fayda verəcəyinin qeyd olunduğu Bəyanatda hökumətin digər məsələlərdə də insanlarımızın maraqlarını düşünərək hərəkət etməsinin vacibliyi vurğulanıb.