Bolqarıstanın vitse-prezidenti Gəncədə - Fotolar

bolqaristanin-vitse-prezidenti-gencede
Oxunma sayı: 1911

V Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak üçün Azərbaycanda olan Bolqarıstanın vitse-prezidenti Marqarita Popova və rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfər edib.

Qafqazinfo”ya daxil olan məlumata görə, səfər çərçivəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonağa şəhər haqqında ətraflı məlumat verib. Marqarita Popovanın Nizami yurduna səfəri dünyanın ən böyük 5 parkından biri olan “Heydər Əliyev Park Kompleksi” ilə tanışlıqla başlayıb.

Qonaq Məhsəti Mərkəzi, Gəncəçay Park-Bulvar Kompleksi, Nizami Gəncəvi Məqbərəsi və Nizami Gəncəvi Muzeyi, Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi ilə yaxından tanış olub. Bolqarıstanın vitse-prezidenti həmçinin “ASAN xidmət”in fəaliyyəti ilə maraqlanıb.

Vitse-prezidenti bildirib ki, gələn il Avropanın Gənclər Paytaxtı Bolqarıstanın paytaxtı olacaq: “Estafet Gəncədən bizə ötürüləcək. Bu baxımdan mənim Azərbaycanda, xüsusilə də Gəncədə olmağım qürurvericidir. Burada ən çox xoşuma gələn xalqınızın qonaqpərvər olmasıdır ki, biz də bundan çox məmnunuq”.