BMT İlham Əliyevi təltif etdi - Foto

bmt-ilham-eliyevi-teltif-etdi-
Oxunma sayı: 5489

Cənub-Cənub mükafatı BMT-nin Ərzaq və Kənd Təşərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi, Beynəlxalq Telelkommunikasiya İttifaqı, Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatı və bir sıra BMT-yə üzv dövlətlər, agentliklər və fondlar tərəfindən təsis olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, sözügedən mükafat BMT-nin hesabatlarına əsasən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir.

Qeyd olunmalıdır ki, Azərbaycan 2015-ci il üzrə sözügedən mükafata layiq görülüb:

“Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cənub-Cənub mükafatı ilə təltif olunub”.

Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunmuş mükafatı cənab Prezidentin adından nazir Elmar Məmmədyarov qəbul edib.