“Bizdə Sovetdən qalma Nazirlər Kabineti var, islahatlar davam etməlidir”

bizde-sovetden-qalma-nazirler-kabineti-var-islahatlar-davam-etmelidir
Oxunma sayı: 3124

Millət vəkili Vahid Əhmədov Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən danışıb.

V. Əhmədov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, struktur islahatlarının aparılmasının çoxdan tərəfdarı olub: “Cənab prezident tərəfindən “Strateji Yol Xəritəsi” elan ounub. 2017-ci ildən başlayaraq iqtisadi islahatlara start verilib. Bu islahatların bir qolu da struktur, kadr, institusional islahatlardır. Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiylaar Nazirliyinə birləşdirilib.

Nəqliyyat Nazirliyinin son vaxtlar demək olar ki, bütün səlahiyyətləri əlindən alınmışdı. “Azəravtoyol”, “Azərdəmiryol” səhmdar cəmiyyətlərə çevrilmişdilər və işləri də göz qabağındadır. Ona görə nazirliyin belə bir formada saxlanılmasına ehtiyac yox idi. Beləliklə də dövlət büdcəsinə qənaət edilir”.

Millət vəkili başqa qurumlarda da islahatlar aparılmasının zəruri olduğunu vurğulayıb: “Bizdə Sovet vaxtından qalmış Nazirlər Kabineti fəaliyyət göstərir. Vitse-prezidentlik institutu yaradılacaq. Ona görə də gələcəkdə müəyyən nazirliklər, komitələr və komissiyalar da ya ləğv olunacaq, ya da birləşdiriləcək. Bu islahatlar davam etməlidir”.

Günel Türksoy