“Birdəfəlik müharibə edək, qırılaq...” - Zeynəb Xanlarova+Video

birdefelik-muharibe-edek-qirilaq
Oxunma sayı: 13561

“Neçə illərdir ki, bu məclisdən hamı çıxış edir. Bu çıxışlar hara gedir? Nə qədər özümüz deyib özümüz eşidəcəyik ki? Mənim torpağım alınıb, mən niyə dayanmalıyam? O ildən bu yana nə qədər şəhidlər gedib. Bir dəfəlik müharibə edək...”.

Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Zeynəb Xanlarova parlamentin bu gün keçirilən iclasında deyib.

Z. Xanlarova vurğulayıb ki, müharibə edək, qoy onlar da qırılsın: “Biz də qırılaq. Onsuz da qırıla-qırıla gedirik. Mənim fikrimcə, müharibə edək, torpağımızı alaq. Öz torpağımızı almaq üçün müharibə edirik. Birdəfəlik ya ölüm, ya da qalım olmalıdır.

Mən niyə ATƏT-ə qulaq asmalıyam? Mənim evimə giriblər. Mən müharibəni etməliyəm. Ömrü boyu sülh tərəfdarı olmuşam. 30 ildir ki, Milli Məlcisdəyəm. Hər gün ölməkdənsə birdəfəlik ölmək lazımdır. Nə qədər insan qırılar, nə qədər şəhid olar?!. Hər şəhid öləndə elə bilirəm ki, mənim balalarım qırılır. Baxanda mənim ürəyim ağrıyır. Onsuz da onlar müsəlmanın düşmənidirlər. Mənim hər şeyə gücüm çatır e. Kim nə deyə bilər ki mənə? Mən öz torpağım uğrunda vuruşuram. Kimdən icazə almalıyıq . Nə qədər eşitmək olar Xocalı haqqında. Nə qədər danışarlar bu haqda. Xocalı artıq gedib, amma onu dala qaytarmaq lazımdır. Bəlkə daha 50 il də gözləyək… Allah vurub onları. Torpağı almaq lazımdır. Vəssalam. Sözüm budur. Necə başa düşürsünüzsə elə də düşün”.

***

Vitse-spiker Bahar Muradova həmkarı Zeynəb Xanlarovanın çıxışına reaksiya verib. O qeyd edib ki, bu yaxınlarda mətbuatda oxuyub ki, Z. Xanlarova da Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub: “Mən bunu alqışlayıram. Hesab edirəm ki, sizin fikirləriniz sülh prosesinin içində də olmalıdır. Amma siyasəti siyasətçilər danışmalıdırlar. Hərbi işi də hərbçilər görməlidir. Mən başa düşürəm ki, şəhidlərimiz olur. Ancaq biz tariximizi də unutmamalıyıq. Bu cür soyqırımlar haqqında indi də danışmalıyıq, torpaqlarımız alınandan sonra da”.

Günel Türksoy