Başdaşını öpən ata... - Fotolar

basdasini-open-ata
Oxunma sayı: 14586

Bu fotonu “Qafqazinfo”nun gənc fotoqrafı Nuran Məmmədov çəkib. Fotoda isə dünən Nardaranda öldürülən polisin atasıdır. O, dünən işə yola saldığı, gecə isə yolunu gözlədiyi oğlunu torpağa əmanət etmək istəmir...

Polis Vüqar Nəsibovun atası Eyyub Nəsibov “Qafqazinfo”ya qısa açıqlama verib:"Nə deyə bilərəm ki, Allah rəhmət eləsin. Dövlətimiz sağ olsun. Vətən üçün şəhid oldu. Allah rəhmət eləsin. On il idi ki, dövlətə xidmət edirdi. Iki övladı vardı, biri 2-ci sinfə gedir, balaca qızı isə hələ məktəbə getmir. Dövlətimiz sağ olsun".

Bu şəkildəki isə polis İsmayıl Tağıyevin qardaşı Qənimət Nəzərovdur. İsmayıl 10 il əvvəl 32 yaşında atasını itirmişdi. Bu gün isə İsmayıl Tağıyevin 3 uşağı atasız qaldı. Üçüncü uşağı isə 10 gün əvvəl doğulubmuş...