“Bakı sülh platformasının erməni üzvünün həbsi...” - Malena Mard

baki-sulh-platformasinin-ermeni-uzvunun-hebsi
Oxunma sayı: 2626

Azərbaycan siyasi ekspertləri və hüquq müdafiəçiləri tərəfindən yaradılan Ermənistan-Azərbaycan sülh platforması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı müxtəlif qruplar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir.

"Qafqazinfo" xəbər verir ki, bunu Trend-ə Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M.Mard bildirib ki, Aİ Azərbaycan ilə Ermənistanın vətəndaş cəmiyyətləri və müxtəlif insan qrupları arasında əlaqələrin qurulmasına dəstək verir:

“Bizim Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Avropa tərəfdaşlığımız var və bu bizə imkan verir ki, Azərbaycan ilə Ermənistan arasında bu cür əlaqələrin qurulmasına dəstək verək. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müxtəlif qruplar arasında dialoqun inkişaf etdirilməsi üçün Azərbaycanın da Bakı platforması kimi müxtəlif formatlar yaratması vacib əhəmiyyət kəsb edir”.

Bakı platformasının Dağlıq Qarabağda yaşayan erməni üzvlərindən birinin Ermənistanda həbs olunması məsələsinə gəlincə, M.Mard bununla bağlı narahatlığını ifadə edib:

“Mən bu məsələ ilə bağlı məlumatı mətbuat vasitəsilə aldım və bu çox narahatverici bir məsələdir. Bu həm də onu göstərir ki, medianın Bakı platforması ilə bağlı məsələləri və ümumilikdə cəmiyyətdə baş verən hadisələri izləməsi çox vacibdir”.