Bakı şəhər prokuroru da Nardarandadır

baki-seher-prokuroru-da-nardarandadir
Oxunma sayı: 5997

Bakı şəhər prokuroru Əziz Seyidov da bu gün Nardaranda keçirilən əməliyyatla əlaqədar qəsəbəyə gəlib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, Ə.Seyidov qəsəbədə keçirilən əməliyyat tədbirlərinin nəticələri ilə maraqlanıb.

Xatırladaq ki, bu gün günorta saatlarında daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov Nardarana gəlib.

Qeyd edək ki, bu gün saat 08:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.

Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.