“Bakı forumu mühüm əhəmiyyət kəsb edir”

baki-forumu-muhum-ehemiyyet-kesb-edir
Oxunma sayı: 651

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Humanitar məsələlərin əlaqələndirilməsi üzrə ofisində Baş Katibin köməkçisi Rəşid Xaliqovla görüşüb.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və təşkilat arasında əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı maraq ifadə olunub.

Rəşid Xaliqov Bakı Beynəlxalq Humanitar Forumunda aparılan müzakirələrin günümüzün aktuallığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini və müasir beynəlxalq çağırışları əks etdirdiyini bildirərək, Forumda iştirakdan məmnunluğunu ifadə edib.

Görüşdə həmçinin humanitar böhranların həll olunması yolları, beynəlxalq inkişaf proqramları və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.