Bakı Apellyasiya Məhkəmə sistemində - Yenilik

baki-apellyasiya-mehkeme-sisteminde
Oxunma sayı: 2999

Bakı Apellyasiya Məhkəməsində məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünə başlanılıb.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, bu prosedur Azərbaycan Respublikası Prezidentinin “Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında” 13 fevral 2014 -cü il tarixli sərəncamına uyğun olaraq aparılır.

Xatırladaq ki, bundan əvvəl işlərin hakimlərin arasında bölüşdürülməsi məhkəmə sədri tərəfindən həyata keçilirdi.