Bahar Muradovaya məktub var

bahar-muradovaya-mektub-var
Oxunma sayı: 680

Bu günlərdə xüsusi nümayəndə J.Suareş vitse-spikerin rəsmi məktubuna cavab verib. Məktubunda xüsusi nümayəndə bu hadisə ilə bağlı onu məlumatlandırdığı üçün B.Muradovaya təşəkkürünü bildirib və uşaqların belə faciəvi şəkildə həyatlarını itirməsinin hər zaman böyük sarsıntılara səbəb olduğunu vurğulayıb.
Aygünün ailəsinə başsağlığı verən J.Suareş eyni zamanda, Dağlıq Qarabağ probleminin dondurulmuş münaqişə olmadığını vurğulayıb. J.Suareş hesab edir ki, nə qədər ki, bu münaqişə mövcuddur, bu kimi hadisələr də baş verir.

J. Suareş məktubunda qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı insidentlərin birgə araşdırılması mexanizminin yaradılması məsələsinə dair razılığa gəlinmişdi. Və o, öz tərəfindən gələcəkdə bu məsələnin reallaşması üçün səy göstərəcəyini savab məktubunda bildirib.

Xüsusi nümayəndə Azərbaycan parlamentinin vitse-spikerinin ona ünvanladığı məktubun surətini ATƏT-in fəaliyyətdə olan sədrinə də göndərib.