Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırıldı

azerbaycanin-istanbuldaki-bas-konsulu-geri-cagirildi
Oxunma sayı: 8042

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın İstanbul şəhərindəki baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsini vəzifələrindən geri çağırıb.

“Qafqazinfo” xəbər verir ki, prezidentin bununla bağlı verdiyi sərəncamda deyilir:

“Həsən Sultan oğlu Zeynalov Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın”.