Azərbaycanda yeni dövlət proqramı hazırlanır

azerbaycanda-yeni-dovlet-proqrami-hazirlanir
Oxunma sayı: 1648

Azərbaycanda uçuşların təhlükəsizliyi ilə bağlı dövlət proqramı hazırlanacaq.

Qafqazinfo” xəbər verir ki, bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında"qanuna dəyişikliklər edilməsi haqqında layihə ilə bağlı çıxış edən Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov deyib. O, bildirib ki, dəyişikliyə beynəlxalq təşkilatların tələbləri əsasında başlanılıb: “Bu əsasən Çikaqo konvensiyasının tələblərinin daxili normativ aktlarda öz əksini tapması ilə bağlıdır. Dəyişikliklə, uçuşların təhlükəsizliyi proqramı hazırlanmalı və qanunda öz əksini tapmalıdır. Avqust ayında Beynəlxalq Mülki təşkilat audit keçirəcək. O audit keçirilən kimi biz bu dəyişikliyi qəbul etməliyik. Bundan sonra standartlara uyğun olan fəaliyyət aradan qaldırılacaq. Bu günlərdə administrasiyamızda struktur dəyişikliyi də olmalıdır”.

A. Məmmədov qeyd edib ki, hazırda uçuşların təhlükəsizliyi haqqında Adminstrasiyanın uçuşlar haqqında qaydaları var və yeni proqram hazırlanmasında həmin qaydalardan istifadə olunacaq və həmin qaydalar proqram formasına salınacaq: “Həmin proqramda heyət üzvlərinin səhvlərindən baş verən hadisələrin olmaması üçün müəyyən özəl sistem yaradılması da nəzərdə tutulur. Bir sözlə, Adminstrasiyanın qərarları yetərli deyil, dövlət qanununda əks olunmalıdır. Ona görə də bu dəyişiklik vacibdir”.

Onun sözlərinə görə dəyişiklik uçuşların standartlara uyğunluq faizinin artırılmasına imkan verəcək.

Günel Türksoy