Azərbaycanda referendum baş tutmuş hesab edilir

azerbaycanda-referendum-bas-tutmus-hesab-edilir
Oxunma sayı: 823

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum baş tutmuş hesab edilir.

"Qafqazinfo"məlumatına görə, Azərbaycan Seçki Məcəlləsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsində və 153-cü maddəsində göstərilən məsələlər üzrə referendumda vahid seçici siyahısında olan seçicilərin 25 faizidən azı iştirak etdikdə referendum baş tutmamış sayılır.

Saat 12:00-a olan məlumata görə isə, vahid seçici siyahısında olan seçicilərin 30.6 faizi artıq səs verib. Bu isə referendumun baş tutduğunu göstərən amildir.