Azərbaycanda köklü dəyişikliklər başlayır

azerbaycanda-koklu-deyisiklikler-baslayir
Oxunma sayı: 7992

Xəbər verdiyimiz kimi, Azərbaycanda konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə keçirilən ümumxalq səsverməsinin ilkin nəticələri açıqlanıb.

Qafqazinfo”nun məlumatına görə, referenduma çıxarılan 29 məsələnin hamısına 80 %-dən çox “hə” cavabı verilib.

Bunlardan ən çox diqqət çəkən Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılmasıdır. İlkin məlumatlara əsasən, Prezident İlham Əliyevin “Konstitusiyanın 101-ci maddənin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin (prezidentlik müddəti artırılsın) təşəbbüsünə seçicilərin 92,2 faizi müsbət cavab verib.

Bundan başqa, ilkin nəticələr açıqlanan zaman məlum olub ki, seçicilərin 91 faizi Azərbaycanda prezident seçilmək üçün yaş həddinin aşağı salınması (100-cü maddədən “Yaşı otuz beşdən aşağı olmayan,” sözləri çıxarılsın) təklifini də dəstəkləyib.

Referendumla bağlı ilk nəticələr həm də onu göstərir ki, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması vətəndaşlar tərəfindən müsbət qiymətləndirilir- 89,3 faiz “hə”.