Azərbaycan rəsmiləri Rəfsəncaninin dəfninə gedir

“Azərbaycan rəsmiləri Rəfsəncaninin dəfninə gedir
Oxunma sayı: 993

Azərbaycan nümayəndə heyəti İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin dəfn mərasimində iştirak edəcək.

Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Səfir bildirib ki, Əli Əkbər Haşimi Rəfsəncaninin dövründə də İran və Azərbaycan arasında güclü əlaqələr mövcud olub:

“Biz qardaş ölkə olaraq hər zaman bir-birimizin yanındayıq, dərdimizə şərikik. Bu qardaşlığın hər zaman inkişaf etməsini istəyirik”.


Qafqazinfo.az saytı ilə əlaqə üçün E-mail: info@qafqazinfo.az

Oğurluq etmə, istinad et!