“Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub”

azerbaycan-inkisafin-yeni-merhelesine-qedem-qoyub
Oxunma sayı: 636

Azərbaycan prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfəri çərçivəsində yanvarın 18-də Davosda CISCO şirkətinin icraçı sədri Con Çambers ilə görüşüb.

Qafqazinfo” xəbər verir ki, CISCO şirkətinin icraçı sədri Con Çambers ölkənin xarici şirkətlər üçün etibarlı tərəfdaşa çevrildiyini deyərək Azərbaycanla əməkdaşlıq etməyin son dərəcə əlverişli və faydalı olduğunu bildirib. Prezident Azərbaycanın inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd edib.

Söhbət zamanı ictimai xidmətlər, sənaye, kənd təsərrüfatı, turizm, ixracın şaxələndirilməsi sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.