Azərbaycan Fransaya nota göndərə bilər

azerbaycan-fransaya-nota-gondere-biler
Oxunma sayı: 969

Parlamentin növbəti plenar iclasında Fransa prezidenti Fransua Ollandın ermənilərə dəstək bəyanatı verməsi məsələsi müzakirə edilib.

Qafqazinfo” xəbər verir ki, millət vəkili Azay Quliyev deyib ki, Fransanın bu hərəkəti beynəlxalq hüquq normalarına ziddir və cavabsız qalmamalıdır:

“Müəyyən diplomatik addımlar atılımalıdır. Ollandın prezidentliyinin başa çatmasına iki ay qalmış belə bəyanat səsləndirməsi təsadüfi deyil. Bizim XİN tərəfindən Fransaya etiraz notası göndərilməlidir. Fransa ATƏT-in Minsk qrupunun üzvüdür, ancaq bu cür bəyanatlarla çıxış edir. Bu, yolverilməzdir”.

Spiker Oqtay Əsədov isə deyib ki, Fransa prezidentinin çıxışı tam tərkibdə verilməyib: “Əsas mövzuları erməni mətbuatından götürülüb. Fransa mətbuatına baxıldı. Təhriflər var. Amma onunla razıyam ki, Fransa prezidenti ərazi bütövlüyü məsələsinə toxunmayıb, yəni orada Madrid prinsipinin adı çəkilsə də, ərazi bütövlüyü məsələsindən danışılmayıb”.

Günel Türksoy