ATƏT sədri cavabı ilə erməniləri məyus etdi

atet-sedri-cavabi-ile-ermenileri-meyus-etdi
Oxunma sayı: 2361

Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts Yerevanın “Mediamax” agentliyinə müsahibəsində erməniləri məyus edib.

Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, erməni jurnalistləri Sebastyan Kurtsa danışıq prosesində “DQR”in iştirakı ilə bağlı sual veriblər: “Bəlkə, Dağlıq Qarabağa səs hüququ verməyə dəyər?”

ATƏT-in qüvvədə olan sədrinin cavabı birmənalı olub: “Danışıqları Minsk Qrupu həmsədrlərinin himayəsi altında Ermənistan və Azərbaycan prezidentləri aparır və bütün əlaqədar tərəflər bu formatda təmsil olunublar”.

ATƏT sədri onu da əlavə edib ki, Minsk Qrupunun və həmsədrlərinin böyük səylərinə baxmayaraq, 2016-cı il bu məsələdə hərbi gərginliyin artması ilə müşayiət olunan geriyə addımlarla yadda qaldı. Bununla belə, qurum Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışlarını davam etdirəcək və bu yolda səylərini azaltmayacaq.