Asim Mollazadə İsrailə başsağlığı verdi

asim-mollazade-israile-bassagligi-verdi
Oxunma sayı: 897

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə İsrailin sabiq prezidenti Şimon Peresin vəfatı münasibətilə bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stava başsağlığı məktubu göndərib.

Qafqazinfo” xəbər verir ki, partiya sədri başsağlığı məktubunda bildirib ki, Şimon Peres nəinki İsrailin, dünya tarixinin ən görkəmli siyasətçilərindən biri, uzun illər dost yəhudi xalqının inkişafına və idarə edilməsinə öz töhfələrini vermiş əvəzsiz insan idi: “Biz onu Azərbaycan xalqının böyük dostu hesab edir və həyatdan gedişini kədərlə qarşıladığımızı bilmənizi istəyirik”.

Millət vəkili bu ağır itki münasibətilə səfirə, mərhumun doğma və yaxınlarına, İsrail xalqına başsağlığı verib.