Arif Hacılı İngiltərə səfiri ilə görüşdü

arif-hacili-ingiltere-sefiri-ile-gorusdu
Oxunma sayı: 745

Müsavat Partiyasının başqanı Arif Hacılı Böyük Britaniyanın Azərbaycanda səfiri İrfan Siddiq ilə görüşüb.

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-İngiltərə münasibətləri, Azərbaycanın Avropaya inteqrasiya məsələləri, ölkəmizdə ictimai-siyasi vəziyyət, siyasi məhbuslar problemi siyasi və iqtisadi problemlər barədə fikir mübadiləsi aparılıb. Qarabağ məsələsinin indiki durumu müzakirə edilib.

Arif Hacılı ölkəmizdə fəaliyyətini başa vuran səfir İrfan Siddiqə sonrakı fəsliyyətində uğurlar arzulayıb.