Arif Hacılı da qeydə alındı

arif-hacili-da-qeyde-alindi
Oxunma sayı: 1371

Müsavat Partiyasının başqanı Arif Hacılının 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi bu gün müvafiq DSK-nın qərarı ilə qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, bu haqda Müsavat Partiyasının seçkidə səlahiyyətli nümayəndəsi Elman Fəttah məlumat verib.

Xatırladaq ki, bundan öncə Müsavatın daha 8 namizədi qeydə alınıb. Qeydə alınan namizədlər İsa Qəmbər (Yasamal), İsgəndər Həmidov (Kəlbəcər), Razim Əmiraslanlı (Cəbrayıl), Xasay Fərzulla (Masallı), Söhrab Əmrahov (Xaçmaz), Niyaz Nəsir (Xəzər), Valeh Hümmətoğlu və Mirzağa Axunddur (Salyan).