“Almaniyanın NATO və ABŞ borcu var” - Tramp

almaniyanin-nato-ve-abs-borcu-var
Oxunma sayı: 1806

Birləşmiş Ştatların prezidenti Donald Tramp Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu olduğunu qeyd edib.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tramp tvitter hesabında bildirib.

“Saxta xəbərlərdən eşitdiklərinizə baxmayaraq Angelə Merkellə görüşüm yaxşı keçdi. Bununla yananşı Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu var. Bizim təklif etdiyimiz güclü və bahalı müdafiə üçün daha çox ödəmək lazımdı”,-deyə Tramp vurğulayıb.