Albayrak prezidentə Ərdoğanın təbriklərini çatdırıb

albayrak-prezidente-erdoganin-tebriklerini-catdirib
Oxunma sayı: 1108

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.

Qafqazinfo” xəbər verir ki, Berat Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə İlham Əliyevə və Mehriban Əliyevaya təbriklərini və salamlarını çatdırıb.

İlham Əliyev Türkiyənin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında yüksək səviyyədə iştirak etməsinin önəmini xüsusi vurğulayıb. Dövlət başçısı bu toplantının gələcək planların uğurla reallaşdırılmasına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

İlham Əliyev TANAP layihəsinin uğurla icrasına verdiyi dəstəyə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə edib.