Ağdamda vəziyyət necədir? - İcra başçısından açıqlama

agdamda-veziyyet-necedir
Oxunma sayı: 8965

“Hazırda Ağdamda vəziyyət normaldır. Gecə saatlarında kəndlərə baş çəkərək, insanlarla görüşdük. Ciddi problem yoxdur. Hər şey qaydasındadır”

Qafqazinfo” xəbər verir ki, bunu AzVision.az -a Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib. İcra başçısının sözlərinə görə, sosial şəbəkələrdə insanların evləri tərk etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Heç kim evini tərk etməyib. Hamı əvvəlki günlərdə olduğu kimi öz həyatını yaşayır”.

Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.