Ağ Evin saytından Obamanın məlumatları silindi

ag-evin-saytindan-obamanin-melumatlari-silindi
Oxunma sayı: 785

ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampın andiçmə mərasimindən sonra dövlət başçısının rəsmi saytında Barak Obamanın hakimiyyət dövrünə aid məlumatlar silinib.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp vəzifəsinə cümə günü yerli vaxtla saat 12.00-də (Bakı vaxtı ilə 21.00) başlayıb.

Bundan bir neçə dəqiqə sonra Ağ evin saytında yeni administrasiyanın xarici siyasət, iqtisadiyyat, energetika, müdafiə, hüquq-mühafizə sahəsi üzrə fəaliyyət proqramı bölmələri yaranıb.

Eyni zamanda Obama dövründən qalan LGBT hüquqları və  ekologiya müdafiəsi məsələlərinə həsr olunmuş bölmələr saytından silinib.