Acgözlərin aqibəti

acgozlerin-aqibeti
Oxunma sayı: 2895

Xuraman Hüseynzadə

Tolstoyun “İnsana çoxmu torpaq lazımdır” adlı hekayəsi var. Kəndli Paxomun torpaqdan gözü doymur. Torpağını artırmaq, əkib-becərib pul qzanmaq üçün vurub başqa bir şəhərə-başqırdların yanına gedir. Sövdələşmə zamanı başqırdların ağsaqqalı şərtlərini açıqlayır: bir günə nə qədər yeri hərlənib-gəzsən, sənindir, qiyməti isə min manatdı.

Amma gün batanda burda olmalısan. Əks halda pulun batacaq. Paxom sevinir. Səhər tezdən düşür yola. Daha çox torpağa sahib olmaq üçün xeyli məsafə qət edur. Gün batanda ağsaqqalın dediyi yerdə olmaq üçün tez-tez yeriməli, qaçmalı olur. Amma gün əyiləndə sözləşdikləri yerə qayıda bilir. Yorulub, əldən düşmüş Paxom çatar-çatmaz yıxılır, ağzından qan gəlir və ölür. Bir başqırd muzdur Paxom üçün boyu uzunluqda-üç arşın qəbir qazır və onu basdırır...

Bu, torpaqdan doymayan bütün acgözləri gözləyən aqibətdi. Sonda onlara üç metr torpaq lazım olur.
Bəs ermənilər niyə bu bəlli həqiqəti bildikləri halda torpaq hərisliklərindən əl çəkmirlər?

Bizim torpaqlarımız ermənilərin nəyinə lazımdı ki? 24 il bundan qabaq işğal elədikləri torpaqlarda qonaq kimi yaşayıblar: əkməyiblər, biçməyiblər, günahsız insanların qanını axıtdıqları torpaqları elə aldıqları kimi saxlayıblar. Əksinə, viranxanaya döndəriblər yurdumuzu. İndiyə kimi heç nə eləməyiblərsə, indən beləmi edəcəklər?

Biliblər ki, nə vaxtsa o torpaqlar öz sahibinə qayıdacaq. Ona görə əlləri yatmayıb, gücləri yetməyib işğal etdikləri ərazilərdə quruculuq, abadlıq işləri aparmağa.

Erməni əsgərlərin, hərbçilərin çəlimsiz görkəmləri, qorxaq baxışları hər şeyi deyir: Bizi zorla döyüşməyə, ölməyə göndərirlər. Biz özgə torpağı uğrunda vuruşmaq, özgə torpaqlarında ölmək istəmirik!

Bu ayın əvvəlində ermənilərdən geri alınmış torpağımız dilə gəlsəydi nələr deməzdi bizə? “Nəfəsinizdən, əllərinizin zəhmətindən ötrü darıxmışam”-deyərdi. 24 illik əsirlikdən xilas olmağının, yenidən əllərimizin toxunuşu ilə gülüstana dönəcəyinin sevincini bölüşərdi bizimlə... İnanırıq ki, bayrağımz sancılan ərazilər tezliklə daha da çoxalacaq...

Hamımız sonda köçəcəyik bu dünyada. Yerimiz 3 metrlik torpaq olacaq. Biz öz torpağımızda yaşayıb, yaradıb köçəcəyik bu dünyadan.

Vay Paxomun taleyini yaşayan və yaşamaq istəyən ermənilərin halına...