“ABŞ Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edir”

abs-qarabag-munaqisesinin-helli-ucun-elinden-geleni-edir
Oxunma sayı: 794

ABŞ Ermənistan və Azərbaycan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan irəliləyişləri dəstəkləyir və problemin həlli üçün əlindən gələni edir”.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya üz ” rə köməkçisinin müavini Bricit Brink bəyan edib.

"Dövlət Departamenti həmsədrlərlə birgə Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verməyə çalışır", - deyə B.Brink bəyan edib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton tərəflər arasında etimadın artması və münaqişənin həlli istiqamətində Vyanada və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmaları inkişaf etdirməyə çağırır.