ABŞ-dan Türkiyədəki vətəndaşlarına - Xəbərdarlıq

abs-dan-turkiyedeki-vetendaslarina-
Oxunma sayı: 1756

ABŞ-ın Türkiyədəki Səfirliyi ölkədəki vətəndaşlarına təhlükəsizliklərini qorumaq üçün xəbərdarlıq edib.

Qafqazinfo”nun “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, “ABŞ vətəndaşları üçün təhlükəsizlik mesajı” adlı bəyanatda İzmirdə Kordonboyu və Cumhuriyyət meydanında 29 oktyabrda keçiriləcək sülh məqsədli tədbirlərin toqquşma və şiddətlə yekunlaşa biləcəyi ifadə olunub.

Bəyanatda ABŞ vətəndaşlarına kütlənin olduğu yerlərdən uzaq olmaları tövsiyyə olunub.