Sizin Aygün... - Fotolar

sizin-aygun
Oxunma sayı: 7497

Bu gün xalq artisti Aygün Kazımovanın ad günüdür. “Qafqazinfo” xəbər verir ki, müğənninin 46 yaşı tamam olur.

Xoş günündə müğənni sevənlərinə hədiyyə etmək qərarına gəlib. Belə ki, A.Kazımova Kamran Aydınovun fotokamerası qarşısına keçərək fərqli fotosessiya etdirib.

Müğənninin sevənlərinə növbəti hədiyyəsi yeni mahnısı olub. A.Kazımova 30 illik yaradıcılğında hər zaman yanında olan müəllimi Cavanşir Quliyevin yeni bəstəsini ifa edib. "Şairim" adlanır mahnının sözləri Miryusif Mirnəsiroğluna məxsusdur. Bəstənin arajimanını da C.Quliyev edib.

Aygün Kazımova bu gün məşhur klubların birində ad günü mərasimi keçirəcək.

Xatırladaq ki, Xalq artisti 1971-ci ildə dünyaya gəlib. Peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə gəlib. İlk mükafatını məhz bu yarışmadan qazanıb. 1989-1990-cı illərdə Yurmalada keçirilən beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı", 1996-cı ildə İstanbulda keçirilən beynəlxalq yarışmanın laureatı olub. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. 2001-ci ildə yenidən üç - "İlin müğənnisi", "İlin hit mahnısı: Я и ты", "İlkin konserti: Я девушка восточнaя" nominasiyaları üzrə "Qrand" mükafatı qazanıb. İndiyə kimi 10-a yaxın solo konserti olub.

Bunlardan 1999-cu ildə "Aygün-Bir Gün", 2000-ci ildə "Я девушка восточная", 2001-ci ildə "Qeyri-adi şou", 2006-cı ildə Moskvada möhtəşəm yubiley konsertlərini misal göstərmək olar. Bu günə kimi 15 diski işıq üzü görüb. 2001-ci ildə əməkdar, 2009-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. A.Kazımova Vaqif Gərayzadə, Eldar Mansurov və Cavanşir Quliyev kimi bəstəkarkardan dərs alıb.

O, bir sıra xarici ölkələrdə də konsertlər verib. Onlardan ən məşhuru 2006-cı ildə Moskvada Dövlət Kreml sarayında təşkil edilən konsertdir.

Bunlardan savayı, A.Kazımova xeyriyyə konsertləri də keçirib. 2005-ci ildə o, rejissor Arif Qazıyevin "Xarı Bülbüllər" musiqili filmində baş rola çəkilib. Həmçinin "Best Model of Azerbaijan"ın rəhbəri vəzifəsində də iştirak edib. "Sevgi gülləri" (1997), "Ey mənim dünyam" (1999), "Aygün" (2000), "Sevdim, (2001), "Son Söz" (2004), "Sevərsənmi?" (2005) və başqa albomları işıq üzü görüb.