Xocalı qətliamı Türkiyədə də anıldı

xocali-qetliami-turkiyede-de-anildi
Oxunma sayı: 1233

Xocalı qətliamının 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun dəstəyilə Türkiyə-Azərbaycan Dostluq dərnəkləri Federasiyası (TADDEF) Iğdır Azərbaycan Evi tərəfindən tədbir keçirilib.

Qafqazinfo” xəbər verir ki, Zübeydə xanım bulvarında təşkil olunan tədbirə Azərbaycanın Qarsdakı baş konsulu Nuri Quliyev, Vali vəkili Bilgəhan Qərənfil və digər şəxslər qatılıblar.

TADDEF-in rəhbərinin köməkçisi və mətbuat xiudmətinin rəhbəri Serdar Ünal çıxışı zamanı bildirib ki, Ermənistan qoşunları tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycanın Yuxarı Qarabağ bölgəsində Xocalı şəhərinə hücum edilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla ümumilikdə 613 Azərbaycan vətəndaşı qətlə yetirilib: “Bu gün erməni zülmündən qaçan minlərlə Azərbaycan türkü çətin vəziyyətdədir. 26 fevral Türk dünyası və Azərbaycan üçün ən kədərli günlərdən biri olmaqla həm də insanlıq tarixi üçün qapqara bir səhifə, insanlığın utanc günüdür. Hər fürsətdə türklərə qarşı düşmənçilik edən ermənilər 26 fevral tarixində də düşmənliklərini bir daha göstərərk dünyanın gözü qarşısında türk qətliamı həyata keçiriblər.

Türk milləti heç bir zaman erməniləri qətlə yetirməyib. Soyqırım iddiaları iftira və yalandan ibarətdir. Bu gün Xocalıda, Qarabağda uşaq, qadın, yaşlı demədən minlərlə insanı öldürən ermənilərin babaları, dədələri keçmişdə də Iğdır və onun ətrafında minlərlə insanı diri-diri damlara doldurub yandırıblar.

Ermənistan qüvvələri tərəfindən gerçəkləşdirilən bu qətliamı və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını kəskin şəkildə qınayırıq. Bu faciədə həyatını itirənlərə bir daha Allahdan rəhmət diləyir və onların xatirəsi qarşısında hörmətlə baş əyirik”.