Xarici diplomatlar Cocuq Mərcanlıda - Fotolar

xarici-diplomatlar-cocuq-mercanlida
Oxunma sayı: 2769

Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri başlayıb.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, 60-a yaxın nümayəndə Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olub.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov işğal altında qaldığı müddətdə ermənilərin Cocuq Mərcanlıda törətdikləri vəhşiliklər, eləcə də Azərbaycan prezidentinin sərəncamı ilə hazırda burada görülən bərpa işləri barədə nümayəndə heyətinə ətraflı məlumat verib.