Vitse-qubernatorun oğlu güllələnərək öldürülüb

vitse-qubernatorun-oglu-gullelenerek-oldurulub
Oxunma sayı: 1619

Yanvarın 7-də Ermənistanın Qeqarkun vilayətinin vitse-qubernatoru Andranik Akopyanın oğlu Ayk Akopyan odlu silahdan qətlə yetirilib.

"Qafqazinfo"nun APA-ya istinadən verdiyi xəbərə görə, versiyaya əsasən, sükan arxasında olan Ayk Akopyan və naməlum sürücü arasında hansının digərinə yol verməli olması ilə bağlı insident baş verib. İnsident zamanı naməlum şəxs tapançanı çıxararaq “Audi Q7” markalı avtomobilinin sükanı arxasında olan 28 yaşlı Ayk Akopyanı güllələyib. A.Akopyan hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılıb.