Valyutadəyişmə məntəqəsini soymaq istəyən - Silahlı azərbaycanlı saxlanıldı

valyutadeyisme-menteqesini-soymaq-isteyen
Oxunma sayı: 1299

Gürcüstanda valyutadəyişmə məntəqəsində soyğun planlaşdıran azərbaycanlı saxlanılıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan DİN-i məlumat yayıb.

Məlum olub ki, ittiham olunan şəxs Azərbaycandan gedərək Rustavidə mehmanxalardan birində qalıb və Batumidə yerləşən valyutadəyişmə məntəqələrindən birinə hücum planlaşdırıb.

Axtarış zamanı şübhəlinin üzərindən EKOL markalı tapança aşkar edilərək götürülüb. İttiham olunan şəxs cinayəti etiraf edib. Haqqında cinayət işi açılıb. Onu 5 ildən 7 ilə kimi həbs gözləyir.