“Türkiyənin Qarabağ prosesində yeri yoxdur” - Koçaryan

turkiyenin-qarabag-prosesinde-yeri-yoxdur
Oxunma sayı: 2209

“Türkiyənin Dağlıq Qarabağla bağlı danışıqlar prosesində yeri yoxdur”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistan XİN rəhbərinin müavini Şavarş Koçaryan deyib:

“Türkiyənin sirr olmayan birtərəfli mövqeyi ilə Dağlıq Qarabağın danışıqlar prosesində yeri yoxdur və onu danışıqlardan kənar saxlamaq lazımdır. Ankaranın Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına yeganə müsbət təsiri Ermənistanla sərhədi açmaq və Azərbaycanın destruktiv və təxribatçı hərəkətlərini təşviq etməyi dayandırmaq olardı”.

Qeyd edək ki, daha əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinin erməni-türk əlaqələrinin normallaşması üçün açar rolu oynayacağını bildirmişdi. Nazir Türkiyənin münaqişənin həllində pozitiv rol oynaya biləcəyini vurğulamışdı.