Türkiyədə deputat deputatın ayağını dişləyib - İstintaq başladı + Foto

turkiyede-deputat-deputatin-ayagini-disleyib
Oxunma sayı: 2354

Bir müddət öncə Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında Konstitusiyaya dəyişikliklər layihəsi müzakirə edilərkən CHP-li və AKP-li millət vəkilləri arasında baş vermiş davada hakim partiyadan olan deputat Məhəmməd Balta ayağını həmkarlarından birinin dişlədiyini iddia etmişdi.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, millət vəkilinin şikayətindən sonra bu gün Ankara Cumhuriyyət Baş Prokurorluğunda hadisə ilə əlaqədar istintaq işi başlayıb.

Qeyd olunur ki, M. Balta ifadəsində ayağını kimin dişlədiyini bilmədiyini deyib.