Türkiyə təyyarəsi Bakıda məcburi eniş etdi

turkiye-teyyaresi-bakida-mecburi-enis-etdi
Oxunma sayı: 1947

Fevralın 6-da "Türk Hava Yolları"nın təyyarəsi Bakıda məcburi eniş edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə AZAL-dan bildiriblər.

Məlumata görə, fevralın 6-da, saat 09:30-da Dehli-İstanbul marşrutu üzrə hərəkət edən "Boeing 777" təyyarəsi göyərtədə kənar əşyanın (mobil telefon) olması səbəbindən Bakıda məcburi eniş edib.

Təkrar yoxlama prosedurundan sonra təyyarə uçuşu davam etdirib.

Qeyd edək ki, təyyarənin göyərtəsində 331 sərnişin və 14 ekipaj üzvü olub.