“Türkiyə hələ də üzr istəməyib” - Putin Ərdoğandan gileyləndi

turkiye-hele-de-uzr-istemeyib
Oxunma sayı: 3186

“Rusiya törədilən cinayətə görə nə Türkiyə rəhbərliyindən aydın izahat aldı, nə dəyən zərərə görə kompensasiya, nə də cinayətkarların cəzalandırılmasına dair vəd”.

“Qafqazinfo” Rusiya KİV-nə sitinadən xəbər verir ki, bu sözləri prezident Putin Kremldə xarici ölkə səfirlərinin mükafatlandırılması mərasimindəki çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, Türkiyənin rus təyyarəsini vurmaqla bağlı qərarı sağlam düşüncə və beynəlxalq qanuna ziddir. Putin həmçinin təyyarənin Suriya torpaqlarında vurulduğunu qeyd edib:

“Belə təəssürat yaranır ki, Türkiyə rəhbərliyi şüurlu şəkildə rus-türk əlaqələrini çıxılmaz duruma sürükləyir. Buna təəssüf edirik”.