Tovuz atəşə tutuldu – - Yaralılar var + Foto

tovuz-atese-tutuldu-
Oxunma sayı: 1314


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, qarşı tərəfin iri çaplı silahlardan açdığı atəş nəticəsində Tovuz rayonun Əlibəyli kəndinin 2 sakini yaralanıb. Bunlar 87 yaşlı İsa Musayev və 83 Sehran Musayevadır.

Hər iki yaralı Mərkəzi Xəstəxanaya yerləşrilib. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti orta ağırdır. Kənd icra nümayəndəliyinin məlumata görə, Əlibəylidə 160-a yaxın evin dam örtüyü atışmadan zərər görüb.

Bu son 3 gündə qarşı tərəfin açdığı atəş nətilənən dinc sakinlərin yaralanmasına səbəb olan 3-cü faktır.

Ötən gün Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması və yandırıcı silahlardan cəbhəyanı bölgələri atəşə məruz qoyması nəticəsində Qazaxın Məzəm kənd sakini Nəsib Nəsibova məxsus fərdi yaşayış evi yanaraq, yararsız hala düşüb. Həmin gün Tovuzun Əlibəyli kəndində də qarşı tərəfin açdığı atəş nəticəsində 2 ev yanıb. Əlibəyli sakini 63 yaşlı Tofiq Kazımov isə yaralanıb. Yaralı Tovuz Mərkəzi Xəstəxanasındadır və müalicəsi davam edir.

Daha əvvəl isə Tərtərin Qapanlı kəndində toy çadırı Ermənistan Silahlı qüvvələri tərəfindən atəşə tutulub. Nəticədə üç üç nəfər yaralanıb.

“Qafqazinfo”