“Tolişi Sado” qəzetinin jurnalisti Ermənistana sığındı

tolisi-sado-qezetinin-jurnalisti-ermenistana-sigindi
Oxunma sayı: 4352

Ermənistan hakimiyyəti Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü Şahin Mirzəyevin Ermənistanda "müvəqqəti sığınacaq" müraciətini qəbul edib.

QafqazinfoBBC Azərbaycanca-ya istinadən xəbər verir ki, bu haqda Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü bəyanat yayıb. Bəyanatda deyilir ki, Tolişi Sado qəzetinin jurnalisti və "Talış azadlıq hərəkatının" üzvü müraciətində "Azərbaycanın etnik və dini azlıqları təqib etdiyinə və onların hüquqlarını kobud şəkildə pozduğuna" görə ölkəni tərk etməyə "məcbur olub".

Həmçinin bildirilir ki, o, Azərbaycanı ailəsi ilə birlikdə tərk edib.

Bu bəyantla bağlı Azərbaycan Xarici İşlər Naziriliyindən şərh almaq mümkün olmayıb.