Tiflisdə İnterpol əməkdaşının avtomobili atəşə tutulub

tiflisde-interpol-emekdasinin-avtomobili-atese-tutulub
Oxunma sayı: 636

Tiflisin mərkəzində naməlum şəxslər İnterpolun əməkdaşının da olduğu avtomobilə atəş açıblar.

Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, naməlum şəxslər BMW X5 markalı avtomobili atəşə tutublar. İnsident zamanı İnterpolun Gürcüstan bürosunun əməkdaşı yaralanıb, xəstəxanalardan birində əməliyyat olunub.

Hazırda faktla bağlı araşdırma aparılır. Lakin insidentlə bağlı rəsmi açıqlama yoxdur.